Qaydalar
Qeydiyyat qaydaları:
Collab.az platformasında iki cür qeydiyyat növü mövcuddur. Fiziki şəxs kimi və Hüquqi şəxs kimi.
Fiziki şəxs kimi qeydiyyatdan keçmək üçün Ad / Soyad / Əlaqə nömrəsi / elektron poçt ünvanı daxil edib, elektron poçt və ya nömrənizə gələn kodu daxil etməyiniz kifayətdir. Daha sonra parolunuzu təstiqləyərək sayti istifadə etməyə başlaya bilərsiniz.
Hüquqi şəxs kimi qeydiyyatdan keçmək üçün şirkətinizin VÖEN-i , adını, elektron poçt ünvanını və hüquqi telefon nömrəsini qeyd edəcəksiniz. Daha sonra parolunuzu təstiqləyərək saytdaki virtual ofisinizi yaradacaqsınız. Şirkətinizin loqosu var isə loqosunu, yoxdursa sizin profilinizi təmsil edəcək bir şəkil yerləşdirəcəksiniz.
Qeyd! Hüquqi şəxs kimi qeydiyyatdan keçmək ödənişlidir. Yuxarıda qeyd edilən xanaları doldurduqdan sonra ödəniş portalına yönləndiriləcəksiniz. Aylıq ödənişinizi etdikdən sonra qeydiyyat başa catacaq. Digər xidmətlər və saytda reklam hüquqi şəxslər üçün ödənişsizdir.
Fiziki şəxslər üçün qeydiyyat odənişsizdir.
Elan qaydalari:
Collab.az istifadəçilərə saytda elan yerləşdirmək imkanı yaradır. Elan yerləşdirmək ödənişlidir. Elanların müddəti 1 aydır. Şirkət qeydiyyatının müddəti 1 aydır. Saytda elan yerləşdirmək hüququna sadəcə fiziki şəxslər sahibdir. Hüquqi şəxs ( yəni şirkət ) kimi qeydiyyatdan keçən istifadəçilər saytda özlərinə tutduqları yer ilə saytın digər istifadəçilərini cəlb edə bilərlər.
Elan yerləşdirmək üçün istifadəçilər saytda mövcud olan "Yeni elan" və ya " + " işarəsinə basaraq yerləşdirəcəkləri elanın məzmununu və əsas məlumatlarını qeyd edəcəklər. Bütün xanaları doldurduqdan sonra ödəniş portalına yönləndirilərək yerləşdirdikləri elana müvafiq ödənişlərini edəcəklər. Ödəniş edildikdən sonra elan aktiv olacaq. Elanları VİP etmək üçün "VİP et" xanasına daxil olaraq müvafiq ödənişi edəcəksiniz və elanınız VİP bölməsinə əlavə olunacaq.
Ödənişlər 1 ay üçün edilir və vaxtından əvvəl silindiyi halda geri qaytarılmır. Müddəti bitmiş elanlar yenilənmədiyi halda avtomatik olaraq 1 həftə ərzində saytdan silinir.
Aylıq ödənişi etməyən hüquqi şəxslərin profilləri də müddət bitəndən 1 həftə sonra silinəcək.
Reklam qaydaları:
Hüquqi şəxslərin adları, xidmətləri, qısaca reklamları ədalətli şəkildə günlərə bölünərək saytdaki reklam bannerləri və reklam slayderlərində ödənişsiz şəkildə göstəriləcəkdir. Məsələn, hər gün 1 və ya 2 şirkətin reklamı əks olunacaq. Beləlik ilə saytda qeydiyyatda olan hər bir hüquqi şəxs reklam sahibi olacaq. Fiziki şəxs kimi qeydiyyatdan keçən istifadəçilər saytda hər hansı bir reklam etmək hüququna malik deyillər.
Ödəniş qaydaları:
Ödənişlərinizi istənilən bankın VISA / MASTERCARD kartları ilə edə bilərsiniz. Hal hazırda Milliön / Mpay və nağd ödənişlər mövcud deyil. Elan ödənişləri və elanları VİP etmək fiziki şəxslərə, qeydiyyat ödənişləri isə hüquqi şəxslərə aiddir.
Qeyd!
Collab.az sadəcə istifadəçiləri bir biriləri ilə və şirkətlər ilə bir araya gətirən bir platformadır. Bir biriniz ilə əlaqə saxladıqdan sonra görüşlərinizi, əməliyyatlarınızı və ən əsası müqavilənizi bağlayarkən diqqətli olmağınızı və işlərinizi hüquqi yollar ilə həll etməyinizi məsləhət görürük. İstifadəçilərin aralarında baş verənlərə, razılaşmalara, müqavilələrinə, mübahisələrinə və yaranan hər hansı problemə Collab.az cavabdehlik daşımır.
RU

